• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Kürəmirdə müəmmalı hadisə - Yol kənarında huşsuz halda tapılan şəxs öldü

HADİSƏ

18 Sentyabr 2024 | 13:41

Kürəmirdə müəmmalı hadisə - Yol kənarında huşsuz halda tapılan şəxs öldü

Kürdəmir rayonunda 46 yaşlı kişi yol kənarında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Məlumata görə, sentyabrın 17-də saat 10:30-da kənd sakini, 1978-ci il təvəllüdlü Fətalıyev Sakit Həmid oğlu kəndin girəcəyində, yolun kənarında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılan kişinin artıq öldüyü məlum olub.

Meyit üzərində hər hansı xəsarət izi tapılmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR