• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

"Google"dan qələbə: 1,49 milyard avroluq cərimə ləğv olundu

DÜNYA

18 Sentyabr 2024 | 13:44

Googledan qələbə: 1,49 milyard avroluq cərimə ləğv olundu

"Google" rəqib onlayn axtarış reklamçılarını blokladığı üçün Avropa İttifaqının 1,49 milyard avroluq (1,26 milyard funt sterlinq) cəriməsinin ləğv olunmasına nail olub.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə "Google" şirkəti açıqlama yayıb.

Bildirilib ki, bu, antiinhisar pozuntularına görə 2017-2019-cu illər arasında 8,2 milyard avro dəyərində cərimələrə məruz qalan texnologiya nəhəngi olan "Google" üçün nadir bir qələbədir.

"Məhkəmənin ilkin qərardakı səhvləri tanımasından və cəriməni ləğv etməsindən məmnunuq", - deyə şirkət açıqlamasında vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR