• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Bu yay neçə nəfəri gün vurdu? - RƏSMİ

CƏMİYYƏT

18 Sentyabr 2024 | 13:41

Bu yay neçə nəfəri gün vurdu? - RƏSMİ

2024-cü ilin iyun, iyul və avqust ayları ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 70 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən məlumat verilib.

Bildirilib ki, onlardan 20 nəfər xəstəxanaya təxliyə olunub. 48 nəfərə yerində yardım göstərilib.

2 nəfər isə hospitalizasiyadan imtina edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR