• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Aprel döyüşlərinə görə qovulan generalla bağlı QƏRAR

CƏMİYYƏT

15 Sentyabr 2024 | 12:30

Aprel döyüşlərinə görə qovulan generalla bağlı QƏRAR

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan və ona yaxın olan şəxslər hökumətə 200 milyon dram (təxminən 500 min dollar – red.) ödəyəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, 2020-ci il oktyabrın 8-də A.Mirzəbekyan dövlət əmlakını mənimsəmədə ittiham edilib və barəsində istintaq başladılıb. 2024-cü ilin 30 avqust tarixində isə onunla razılaşma imzalanıb. Buna əsasən Mirzəbekyan və ona yaxın şəxslər hökumət büdcəsinə 200 milyon dram ödəyəcəklər. Həmçinin onların 5 daşınmaz əmlakı, 1 avtomobili, 12 bank depoziti və istiqrazlarını təhvil verəcəyi açıqlanıb.

Qeyd edək ki, A.Mirzəbekyan 2016-cı ildə “Dördgünlük müharibə” adlanan hərbi toqquşmadan sonra – 26 aprel tarixində müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onun məhz bu döyüşlərdəki uğursuzluq səbəbindən qovulduğu bildirilib./globalinfo


SON XƏBƏRLƏR