• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gədəbəydə məmur müəllimi qaçırdı - saxlanıldı

CƏMİYYƏT

15 Oktyabr 2024 | 10:56

Gədəbəydə məmur müəllimi qaçırdı - saxlanıldı

Gədəbəydə məmur qız qaçırıb.

Bakıvaxtı.az xəbər verir ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı İdarəsinin baş mühəndisi Alim İsmayılov rayonda müəllim kimi çalışan qadını zorla qaçırıb.

Həyata keçirilən tədbirlərlə A.İsmayılovun yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Qaçırılan qadın ailəsinə təhvil verilib.

Hadisəni törətmiş məmur saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Milli.az saytı yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026