• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Moskvada avtomobil partladıldı, yaralılar var - FOTOLAR

CƏMİYYƏT

15 Oktyabr 2024 | 12:05

Moskvada avtomobil partladıldı, yaralılar var - FOTOLAR

Moskvada avtomobildə partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, Çin istehsalı olan “Tank” avtomobilində sürücünün oturacağı istiqamətində ön hissəyə partlayıcı yerləşdirilib. Nəticədə 6 yaşlı uşaq və iki kişi yaralanıb.

Hadisə nəticəsində azyaşlı başından xəsarət alıb, sürücü və digər sərnişinin isə qəlpə yaraları aldığı deyilir. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.

Partlayışda, həmçinin yaxınlıqdakı “Mazda” avtomobilinə də ziyan dəyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Moskvada avtomobil partladıldı, yaralılar var - FOTOLARMoskvada avtomobil partladıldı, yaralılar var - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR