• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda bu avtomobillərə MARAQ ARTIR: Başlıca məqsəd...

CƏMİYYƏT

15 Oktyabr 2024 | 11:44 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda bu avtomobillərə MARAQ ARTIR: Başlıca məqsəd...

Birləşmiş Ərəb Əmirliyi yaxın 5 ildə bərpa olunan enerjinin inkişafı ilə bağlı gözləntilərini əks etdirən hesabat hazırlayıb.

Hesabata görə, dünyada elektrikli avtomobillərin satışının 25%-dən çox artaraq 17 milyon ədədə çatacağı gözlənilir. Çin və Türkiyədə artıq yeni satışlarda elektromobillərlə ənənəvi avtomobillərin sayının bərabərləşdiyi bildirilir.

Bəs ölkəmizdə elektromobillərlə bağlı vəziyyət necədir?

Nəqliyyat eksperti Aslan Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, elektromobillər dövrümüzün ən tələb olunan və müasir texnologiyalara uyğun vasitədir.

Onun sözlərinə görə, bu avtomobillərə keçiddə başlıca məqsəd ənənəvi yanacaqdan azad olmaqdır:

"Çində elektromobil avtomobillərin istehsalı və istifadəsi kütləvi hal aldığına görə dünya trendləri siyahısındadır. Həmçinin Türkiyə özünəməxsus avtomobil brendlərini yaratmağa müvəffəq olub. Lakin Azərbaycanın nəqliyyat vasitələri daxili tələbata uyğun olaraq idxal olunur”.

Aslan Əsədov: Azərbaycanın nəqliyyat vasitələri daxili tələbata uyğun olaraq idxal olunur

Müsahibimiz qeyd edib ki, bu gün ölkəmizdə sözügedən nəqliyyat vasitələrinə marağın getdikcə artması müşahidə olunur. Belə ki, elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi bu növ avtomobillərə marağın artmasının göstəricisidir. Daha qənaətli, müasir və az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün sərfəlidir.

Ekspert onu da bildirib ki, elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR