• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

30 ildən sonra ələ keçdi: Barmaq izləri terrorçunu üzə çıxardı

DÜNYA

29 Fevral 2024 | 10:20

30 ildən sonra ələ keçdi: Barmaq izləri terrorçunu üzə çıxardı

Almaniyada 1970-ci ildə qurulan, illər ərzində çoxlu sui-qəsd və bombalı hücumlar həyata keçirən solçu Qırmızı Ordu Fraksiyası (RAF) terror təşkilatının üçüncü nəsil üzvü Daniela Klette 30 ildən sonra ələ keçirilib.

Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, Klettenin Berlinin türklərin daha çox məskunlaşdığı Kreuzberg məhəlləsində illərdir saxta adla yaşadığı məlum olub.

Qeyd olunub ki, Kreuzbergdəki mənzilində yaxalanan Klette 30 il ərzində Klaudiya İvone adlı saxta italyan pasportu gəzdirib, hər gün itini məhəllədə gəzdirib, tətilə gedib, hətta rəqs dərsləri də alıb.

Klettenin şəxsiyyəti polis tərəfindən götürülən barmaq izləri ilə təsdiqlənib. Saxlanılan Klette üçün ümumilikdə altı həbs orderi var.

Polis Berlindəki yerlə bağlı həlledici məlumatın 2023-cü ilin noyabrında bir vətəndaşdan gəldiyini söyləyib.

Klettenin türk qonşuları Vəli Ergün və Hülya Durak Almaniya mətbuatına verdikləri açıqlamada onun çox mehriban və yaxşı qonşu olduğunu deyiblər.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024