• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Fransada məhbusların sayı rekord həddə çatdı

DÜNYA

29 Mart 2024 | 22:08 | Müəllif: Subhan Mahmudov

Fransada məhbusların sayı rekord həddə çatdı

Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə - 76,7 min nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çataraq növbəti rekorda imza atıb.

Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir.

Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.

Bununla da respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 125%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026