Böyük Britaniya bu gün və sabah 30 ölkədən hərbi qulluqçu qəbul edəcək.
Bakıvaxtı.az “LeMopnde.fr”ə istinadən xəbər verir ki, məqsəd Hörmüz boğazında gəmiçiliyin qorunması üçün İngiltərə və Fransanın rəhbərlik etdiyi missiyanın yaradılmasını müzakirə etməkdir.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu konfrans boğazın yenidən açılması üçün ətraflı planlaşdırmanın irəliləməsinə imkan verəcək .
Britaniya müdafiə naziri Con Heylinin açıqlamasında deyilir:
"Məqsəd diplomatik konsensusu boğazda naviqasiya azadlığını təmin etmək və davamlı atəşkəsi dəstəkləmək üçün ortaq bir plana çevirməkdir”.
O, konkret irəliləyiş əldə edilə biləcəyinə əminliyini ifadə edib.
Aydın Baxış
Bakı 




