Bakıda qadın gözəllik salonunda keçmiş əri tərəfindən öldürülüb.
Bakıvaxtı.az "Trend.az"a istinadla xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib.
Artıq 36 yaşlı Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı 41 yaşlı Zamin Tanrıverdiyev saxlanılıb.
Cütlük bir neçə il əvvəl ayrılıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

















