• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Toydan sonra evinə gedib, intihar etdi

HADİSƏ

25 Noyabr 2023 | 21:41 | Müəllif: Subhan Mahmudov

Toydan sonra evinə gedib, intihar etdi

Bərdə sakini intihar edib. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon Uğurbəyli kənd sakini 1955-ci il təvəllüdlü Vilayət Məhərrəmov bu gün yaxın qohumlarının toy məclisindən çıxdıqdan sonra özünü yaşadığı evdə asaraq intihar edib.

V.Məhərrəmovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026