Hacıqabulda məktəblini avtomobil vuraraq öldürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 10-12 yaşlarında olan məktəblini avtomobil vurub.
Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./apa
















