• Bakı 17° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

69 yaşlı kişi qəzada öldü

HADİSƏ

24 Yanvar 2024 | 09:19

69 yaşlı kişi qəzada öldü

Füzuli rayonunun Böyük Bəhmənli kəndində 69 yaşlı kişi yol qəzasında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Füzuli rayonu Böyük Bəhmənli kənd sakini Hüseynov Turan Akif oğlu 23.01.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Böyük Bəhmənli kəndi ərazisində asfalt yolla hərəkətdə olarkən yolun hərəkət hissəsindən keçən piyada - 1955-ci il təvəllüdlü Füzuli rayonu Böyük Bəhmənli kənd sakini Məcidov Ziyad Cabbar oğlunu vurub, piyada Ziyad Məcidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 23.01.2024-cü il tarixdə saat 22 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026