• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gədəbəydə 52 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

HADİSƏ

23 Fevral 2024 | 08:56

Gədəbəydə 52 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gədəbəy rayon məkrəzi xəstəxanasına yerləşdirilib. O, daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə H.Yusibov hadisə vaxtı sərxoş olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gədəbəydə 52 yaşlı kişini bıçaqlayan şəxs tutulub. Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026