• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Şəmkirdə avtomobillər toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

24 Mart 2024 | 00:55 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə avtomobillər toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Yeni Həyat kəndində 3 avtomobilin toqquşması nəticəsində Əhmədov Rəsul Şaban oğlu hadisə yerində, 1989-cu il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu isə xəstəxanada ölüb.

Qəza zamanı Şəmkir rayon sakinləri - 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu və 1966-cı il təvəllüdlü Əhmədova Əminə Qəfər qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

22:27

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR