• Bakı 16° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Kəngərlidə qəza: yaralılar var - VİDEO

HADİSƏ

22 Aprel 2024 | 19:38

Kəngərlidə qəza: yaralılar var - VİDEO

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, rayonun Qıvraq qəsəbəsində qeydə alınan hadisə zamanı Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Babayeva Sara Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Babayeva Rəxşəndə Elman qızı xəsarət alıblar. Onlar Naxçıvan Merkezi Xəstəxananın 

Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 


SON XƏBƏRLƏR

03 May 2024