• Bakı 24° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Biləsuvarda şagird sinif yoldaşına xəsarət yetirdi

HADİSƏ

22 May 2024 | 19:03

Biləsuvarda şagird sinif yoldaşına xəsarət yetirdi

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb. 

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. 

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur.


SON XƏBƏRLƏR

25 Iyun 2024