• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Uşaq bağçasında 105 min manatlıq mənimsəmə - cinayət işi açıldı

HADİSƏ

21 Iyun 2024 | 17:09

Uşaq bağçasında 105 min manatlıq mənimsəmə - cinayət işi açıldı

Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


SON XƏBƏRLƏR

21 Iyul 2024