• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Arvadını qətlə yetirdi, polisə təslim oldu - YENİLƏNİB 

HADİSƏ

21 Iyun 2024 | 14:30

Arvadını qətlə yetirdi, polisə təslim oldu - YENİLƏNİB 

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Mingəçevir şəhər prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    ***

    14:21

    İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.
    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR