26.03.2026-cı il tarixində saat 23:30 radələrində xəsarət alması səbəbilə 1990-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-a Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, ona sol biləyin dərin kəsilmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
11:35
Goranboyda 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 2009-cu il Ə.Əliyev tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
11:14
Goranboyda bıçaqlanma hadisəsi hadisəsi verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Əliyevi tanışı 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA
Bakı 




