• Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Maduronun ikinci məhkəmə prosesi keçirilib - YENİLƏNİB

DÜNYA

26 Mart 2026 | 21:48

Maduronun ikinci məhkəmə prosesi keçirilib - YENİLƏNİB

Manhetten federal məhkəməsində Venesuela prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, dinləmə təxminən bir saat yarım davam edib.

Dinləmənin əsas məsələsi ABŞ hökumətinin Maduro və həyat yoldaşı Siliya Floresin hüquqi xidmətləri üçün Venesuela hökumətinin ödənişinə mane olması olub.

Hakim Elvina Hellersteyn Venesuela prezidenti Nikolas Maduroya qarşı işi ləğv etməkdən imtina edib.

O bildirib ki, ABŞ hakimiyyəti Venesuela hökumətinin təqsirləndirilən şəxslərin hüquqi xərclərini ödəməsinə mane olduğuna görə Maduro və həyat yoldaşı Siliya Floresə qarşı işi ləğv etmək niyyətində deyil.

Maduronun vəkili Barri Pollak iddia edib ki, Maduro və Flores öz hüquqi xərclərini ödəyə bilmirlər və Venesuela hökumətinin müdafiəni maliyyələşdirmək hüququnda israr edirlər.

***

20:44

Nyu-Yorkun Federal Məhkəməsində hakim Elvin Hellerstaynın sədrliyi ilə Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, hakim sözü Maduronun vəkili Barri Pollaka verib, o isə hüquqi xidmətlərin ödənilməsi məsələsi ilə bağlı müdafiə tərəfinin mövqeyini açıqlayıb.

"Təqsirləndirilən şəxslər sadəcə səriştəli vəkilə deyil, həm də öz seçdikləri vəkilə malik olmaq və bunun üçün qanuni vəsaitlərdən istifadə etmək hüququna malikdirlər. Onların müdafiə xərclərini ödəmək üçün öz vəsaitlərindən istifadə etmək kimi mütləq hüquqları var", - Pollak bildirib.

Onun sözlərinə görə, Maduro və onun həyat yoldaşı hüquqi xidmətlərin haqqını müstəqil şəkildə ödəyə bilmədiklərini bildirib və Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirmək hüququnda təkid edirlər.

ABŞ Prezidenti Donald Tramp bu gün bildirib ki, Maduroya qarşı "başqa işlər də açılacaq".


SON XƏBƏRLƏR