• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ödənişli yolda qəza - yaralananlar var 

HADİSƏ

22 Aprel 2024 | 22:53 | Müəllif: Subhan Mahmudov

Ödənişli yolda qəza - yaralananlar var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır./azertac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR