• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Narkotik vasitələrin satışı məşğul olan şəxslər saxlanıldı

HADİSƏ

22 Aprel 2024 | 17:55

Narkotik vasitələrin satışı məşğul olan şəxslər saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin Əliyev , Şərur rayon sakini 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən edilərək saxlanılıb.
Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan metamfetamin həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkar olunaraq götürülüb.

    Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


    SON XƏBƏRLƏR

    20 May 2024