• Bakı 16° C

    2.17 m/s

38 yaşlı qadın əməliyyat zamanı öldü - YENİLƏNİB

HADİSƏ

04 Iyul 2023 | 17:24

38 yaşlı qadın əməliyyat zamanı öldü - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıtda qadının doğum evində ölməsi ilə bağlı məsələyə münasibət bildirib.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, qadın səhər saatlarında vəfat edib:

“Abşeron rayonu Ceyranbatan qəsəbəsi sakini 1985-ci il təvəllüdlü Günel Əhəd qızı Fəttayeva 4 iyul saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzinə təcili tibbi yardım avtomobili ilə natamam düşük, 12 həftə hamiləlik, 3-cü dərəcəli kəskin posthemarrogik şok, uşaqlıqda üç çapıq və uşaqlıq divarının zədələnməsi diaqnozu ilə daxil olub. Ağır vəziyyətdə xəstəxanaya daxil olan xəstə tibbi müdaxilələrə baxmayaraq, 08:35-də dünyasını dəyişib”.

Qeyd edilib ki, qadının nəşi təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

15:15

Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026