• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

'Qatil robot'un istifadəsinə icazə verildi -FOTO

DÜNYA

01 Dekabr 2022 | 10:40

'Qatil robot'un istifadəsinə icazə verildi -FOTO

ABŞ-ın San-Fransisko şəhərində Nəzarətçilər Şurası şəhər polisinin insanları öldürə bilən robotlardan istifadə etməsinə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, qərar polisə ekstremal hallarda partlayıcı daşıya bilən robotlardan istifadə etməyə icazə verir.

Şəhər polisindən bildirilib ki, hazırda ölümcül avadanlıq daşıya bilən robotlar yoxdur. Bununla belə, gələcəkdə robotun ölümcül güc tətbiq edə biləcəyi ssenarilərin ola biləcəyi deyilir.

Qərarın tərəfdarları bildirirlər ki, robotlar yalnız ekstremal vəziyyətlərdə istifadə edilə bilər. Müxaliflər iddia edirlər ki, bu tədbir polis qüvvələrinin daha da hərbiləşdirilməsinə səbəb olacaq.

Qərara edilən dəyişiklikdə qeyd olunub ki, polis əməkdaşları yalnız alternativ gərginliyi azaltma taktikalarını sınaqdan keçirdikdən sonra ölümcül güclü robotlardan istifadə edə bilərlər.

Müşahidə Şurası onu da vurğulayıb ki, yalnız məhdud sayda yüksək rütbəli polis məmurları "qatil robot"un istifadəsinə icazə verə bilər.

Qeyd edək ki, belə öldürücü gücə malik robotlar ABŞ-ın başqa yerlərində çoxdan istifadə olunur.

2016-cı ildə Texas ştatının Dallas şəhərində iki polis əməkdaşını öldürən snayperiçini öldürmək üçün C-4 partlayıcısı ilə yüklənmiş robotdan istifadə edilib.

Aytac Aslan


SON XƏBƏRLƏR