Hindistanın Qucarat ştatında sərnişin avtobusu və minik avtomobili toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, Surat şəhərindən çıxan avtobus “Toyota Fortuner” markalı avtomobilə toqquşub.
Nəticədə avtobusun sürücüsü və 8 sərnişin ölüb, 28 nəfər xəsarət alıb.
Avtobusun sürücüsünün infarkt keçirdiyi və qəzanın da bu səbəbdən baş verdiyi ehtimal olunur.















