• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Putin Ukraynaya hücumdan əvvəl onunla DANIŞIBMIŞ

DÜNYA

30 Yanvar 2023 | 09:39

Putin Ukraynaya hücumdan əvvəl onunla DANIŞIBMIŞ

Rusiyanın Ukraynaya hücumundan əvvəl Vladimir Putinlə telefonla danışdım və o məni raket hücumu ilə hədələdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

Conson Putinə müharibənin tamamilə fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyaları və Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.

O, həmçinin rusiyalı prezidentə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını da bildirib:

“Bir anda o məni hədələdi və dedi: "Boris, mən səni incitmək istəmirəm, ancaq raket zərbəsi ilə bu, bir dəqiqə çəkəcək" və ya buna bənzər bir cümlə işlətdi”, - o bildirib.

Conson müharibə zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə təhlükəsiz yerə köçmək üçün necə kömək təklif etdiyini xatırlayıb:

"O, mənim təklifimi qəbul etmədi. O, qəhrəmancasına olduğu yerdə qaldı".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026