Türkiyədə yenə zəlzələ olub.
Bakıbaxtı.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumatına görə, yeraltı təkan Adıyamanın Tut rayonunda qeydə alınıb.
Zəlzələ 4,2 bal gücündə baş verib. Saat 07:15-də baş verən zəlzələnin dərinliyi 6,4 kilometr olub.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.
İsmayıl Alısoy
















