• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Türkmənistanda yeni şəhər salınır

DÜNYA

30 Mart 2023 | 23:49

Türkmənistanda yeni şəhər salınır

Türkmənistanda Arxadağ adlı yeni şəhər salınacaq.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq.

Ölkənin sabiq prezidenti və hazırkı parlament sədri olan Qurbanqulu Berdiməhəmmədovun titulu şərəfinə adlanacaq yeni şəhər paytaxt Aşqabaddan 30 kilometr aralıda yerləşəcək. Arxadağın əhalisi təxminən 73 min nəfər olmalıdır.

“Arxadağ şəhərinin tikintisinin birinci mərhələsi 3.3 milyard dollara başa gəlir”, – deyə onun tikintisinə cavabdeh olan dövlət komitəsinin rəhbəri Dəryagəldi Orazov bildirib.

“Biz hesab edirik ki, ikinci mərhələ təxminən 1.5 milyard dollara başa gələcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Dünya Bankının məlumatına görə, Türkmənistanın ÜDM-i təxminən 45 milyard dollar təşkil edir ki, bunun da böyük hissəsi ölkənin böyük təbii qaz böyük ehtiyatları hesabına formalaşır.


SON XƏBƏRLƏR