• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Sudanla bağlı bu ölkələrdə danışıqlar ola bilər

DÜNYA

29 Aprel 2023 | 19:21 | Müəllif: Subhan Mahmudov

Sudanla bağlı bu ölkələrdə danışıqlar ola bilər

Sudan ordusu və Çevik Reaksiya Qüvvələri danışıqlarda iştirak etmək üçün öz namizədlərini müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Sudandakı nümayəndəsi məlumat verib.

Danışıqların Cənubi Sudanda və ya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilə biləcəyi bildirilsə də, konkret tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Əbdülfəttah əl-Burhan Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Hamdan Daqalo ilə görüşdən imtina etdiyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR