• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Çavuşoğlu NATO XİN başçılarının toplantısında iştirak edəcək?

DÜNYA

29 May 2023 | 17:11

Çavuşoğlu NATO XİN başçılarının toplantısında iştirak edəcək?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Osloda keçirləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirinin sözçüsü bildirib.

Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billstrom SVT telekanalına deyib ki, o, iyunun 1-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Osloda NATO xarici işlər nazirlərinin toplantısında görüşəcək, lakin daha sonra İsveç XİN sözçüsü: "Ancaq bizə Türkiyənin xarici işlər nazirinin gəlməyəcəyi barədə məlumat verildi, ona görə də orada heç bir görüş olmayacaq", - deyə açıqlama verib və əlavə edib ki, XİN başçıları arasında görüş "tezliklə" baş tutacaq.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü Türkiyə və Macarsıtan tərəfindən ratifikasiya olunmayıb. Planlaşdırılan görüşdə İsveçin NATO-ya üzvlüyü məsələsi müzakirə olunacaq.


SON XƏBƏRLƏR