• Bakı 20° C

    10.7 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Təyyarələr toqquşdu - Ölənlər var

DÜNYA

29 May 2023 | 15:47

Təyyarələr toqquşdu - Ölənlər var

Tunisin cənubundakı Tozer əyalətində iki yüngül turist təyyarəsi toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində iki fransız turist ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Tunisin mülki müdafiə məsələləri üzrə nümayəndəsi Moez Terea məlumat verib.

O bildirib ki, şənbə günü qəzaya uğrayan təyyarələrin qalıqları Şatt əl-Carid rayonuna yaxın ərazidə tapılıb.

“Biz ilk yüngül təyyarəni tamamilə yandıqdan sonra tapdıq, içərisində iki yanmış cəsəd var idi. Təxminən 3 kilometr aralıda da içərisində iki yüngül yaralı olan ikinci təyyarəni aşkarladıq”, - deyə o bildirib.
Moez Terea qeyd edib ki, ölən fransızlar 78 və 55 yaşlarında olublar.

Onun sözlərinə görə, qəzaya ərazidə keçirilən yüngül aviasiya yarışı səbəb olub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.


SON XƏBƏRLƏR

22 Aprel 2024