• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya bir vilayətdə 300 uşağı girov götürüb

DÜNYA

28 Iyun 2023 | 13:34 | Müəllif: Subhan Mahmudov

Rusiya bir vilayətdə 300 uşağı girov götürüb

"Rusiyalılar Prezident Vladimir Putinin Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində qondarma hərbi vəziyyət tətbiq etməsindən istifadə edir və oradan çıxardıqları ukraynalı uşaqları evlərinə qaytarmırlar.

Bakıvaxtı.az bildirir ki, Rusiya işğalçıları istirahət bəhanəsi ilə 300 uşağı Zaporojye vilayətindən Çuvaşıstana aparmağa hazırlaşırlar".

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

"Rusiyalılar Vladimir Putinin ötən ilin payızında müvəqqəti işğal olunmuş ərazilərdə tətbiq etdiyi hərbi vəziyyətin arxasında gizlənərək oradan çıxardıqları uşaqları geri qaytarmırlar", - deyə məlumatda bildirilib.

Mərkəzin ekspertləri qeyd ediblər ki, ukraynalı uşaqlar Rusiya tərəfinə həm qanunsuz övladlığa götürmə, həm də şantaj vasitəsi kimi lazımdır.

"Rusiya tərəfi Ukraynaya çıxışı bağlayıb. Beləliklə, valideynlərinin onların arxasınca getməsi üçün uşaqlardan girov kimi istifadə olunur", - deyə məlumatda vurğulanıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR