• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qaribaşvili Çin lideri ilə görüşdü

DÜNYA

28 Iyul 2023 | 11:06

Qaribaşvili Çin lideri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çenqduda Çin sədri Si Cinpinlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə Gürcüstan və Çin Xalq Respublikası arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi qərarı qəbul edilib.

İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan Çinlə uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Baş nazir həmçinin Si Cinpinə “Bir kəmər, bir yol” qlobal təşəbbüsünə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, Si Cinpin Gürcüstan və Çin ikitərəfli münasibətlərini yeni səviyyəyə qaldıracaq strateji tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Si Cinpin əlavə edib ki, beynəlxalq aləmdə hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Çinin Gürcüstanla əlaqələrinin inkişafına münasibəti dəyişməyəcək. O, Tbilisi ilə Pekin arasında strateji tərəfdaşlığın qurulmasının ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026