• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Dördtərəfli görüş keçirilə bilər

DÜNYA

28 Iyul 2023 | 10:12

Dördtərəfli görüş keçirilə bilər

Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin yeni görüşü müzakirə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti“ Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, məsələ hazırda müzakirə olunur, nəticə əldə etmək üçün XİN rəhbərlərinin iş qrafikinin üst-üstə düşməsi lazımdır.

Xatırladaq ki, 10 may tarixində Moskvada dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü keçirilib. Görüşdən sonra nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlayıblar.

Görüləcək işlərin arasında Suriya hökumətinin bütün ölkə ərazisinə nəzarətinin bərpası, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026