• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraildə yenidən kütləvi etiraz aksiyaları keçirilib

DÜNYA

27 Avqust 2023 | 09:31 | Müəllif: Subhan Mahmudov

İsraildə yenidən kütləvi etiraz aksiyaları keçirilib

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

Bakıvaxtı.az xəbər verir ki, etiraz aksiyaları Tel-Əvivdə keçirilib.

Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyu pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər.

Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökumətinin məhkəmə islahatları ölkədə etirazlara səbəb olub. İslahatlar Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026