• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Odessa yenə vuruldu: Xəsarət alanlar var

DÜNYA

26 Sentyabr 2023 | 09:23 | Müəllif: Qalib İbrahimoğlu

Odessa yenə vuruldu: Xəsarət alanlar var

Bu gecə Rusiya Silahlı Qüvvələri iki saat ərzində Odessa vilayətinə pilotsuz təyyarələrlə hücum edib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarələrin əksəriyyətini vurub.

"Təəssüf ki, İzmailski rayonda liman infrastrukturu zədələnib. İki nəfər yaralanıb. Onlardan birinə yerində tibbi yardım göstərilib, ikincisi isə ağır qol xəsarəti ilə xəstəxanaya yerləşdirilib".

Bundan başqa, keçid məntəqəsinin binası, anbarlar, 30-a yaxın yük maşını zədələnib, 6 yük maşını yanıb.

Yanğınsöndürənlər yanğınları söndürüb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026