• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğanın İsrail çıxışı İstanbul birjasını çökdürdü

DÜNYA

25 Oktyabr 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın İsrail çıxışı İstanbul birjasını çökdürdü

Bu gün ticarətin avtomatik bağlanması sisteminin işə salınması ilə əlaqədar İstanbul Birjasının işi bir müddət dayandırılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu, BIST100 birjasının əsas indeksinin 5% ucuzlaşmasından sonra baş verib.

Ekspertlər mübadilənin dayandırılmasını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həmin gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatlarla əlaqələndiriblər.

Bildirilib ki, “panik əməliyyatlar”, o cümlədən BIST100 indeksi kəskin şəkildə 5-7% azaldıqda investor itkilərini minimuma endirmək üçün birjada avtomatik bağlanma sistemi işə salınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026