• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dmitri Peskov: “Ümid edirəm ki, Rusiya ilə Qərb arasında...”

DÜNYA

24 Noyabr 2023 | 22:34 | Müəllif: Subhan Mahmudov

Dmitri Peskov: “Ümid edirəm ki, Rusiya ilə Qərb arasında...”

"Ümid edirəm ki, Rusiya ilə Qərb arasında "dəmir pərdə" olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

O bildirib ki, Avropa ölkələrinin Rusiya ilə sərhədləri bağlaması "dəmir pərdə"nin əlaməti sayıla bilməz: "Bu barədə danışmaq tezdir. Biz xeyli aqressiv ritorika görürük. Amma ümid edirik ki, "dəmir pərdə" olmayacaq".

Qeyd edək ki, Finlandiyanın baş naziri Petteri Orpo noyabrın 22-də deyib ki, noyabrın 25-dən etibarən Rusiya ilə sərhəddə Raca-Jozeppidən başqa bütün keçid məntəqələri bağlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026