İtkin düşən argentinalı kriptovalyuta milyonçusu Fernando Peres Alqabanın meyiti tapılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 41 yaşlı fenomenin cansız bədəni çamadanda aşkarlanıb.
Yerli mətbuatın məlumatına görə, Buenos-Ayresin İngeniero Budce qəsəbəsində dərənin kənarında oynayan uşaqlar tapdıqları çamadanda Alqabanın bədən hissələri olub. Uşaqların valideynlərinin polisə müraciətindən sonra ərazidə genişmiqyaslı araşdırmalara başlanılıb. Çamadanın içərisində kəsilmiş qollar və ayaqlar tapılıb.
Yarılma nəticəsində meyit hissələrinin yoxa çıxan Əlqabaya məxsus olduğu məlum olub.
İlk müayinədən sonra 41 yaşlı kişinin bədəninin çox peşəkarcasına kəsildiyi müəyyən edilib. Hələlik rəsmi açıqlama olmasa da, bu tapıntı qətl ehtimalını gücləndirib.
Yerli medianın məlumatına görə, yarılma zamanı qurbanın parçalanmadan əvvəl üç dəfə güllələndiyi məlum olub.
Qeyd edək ki, bir müddət pizza satıcısı olan fenomenin İnstaqramda 1 milyona yaxın izləyicisi olub.
Barselonada dəbdəbəli həyat tərzi ilə diqqət çəkən 41 yaşlı kişinin qətldən bir həftə əvvəl Argentinaya gəldiyi müəyyən edilib. Alqaba mənzil kirayələyib, iyulun 19-da açarları təhvil verməli idi, lakin mülk sahibinin ifadəsinə görə, Alqaba ilə günlərlə əlaqə saxlamaq mümkün olmayıb.
Polis Alqabanın ölümündə şübhəli bilinən şəxsi həbs edib. Qətlin motivi hələ bəlli olmasa da, səlahiyyətlilər onun çoxsaylı borclarına görə öldürülməsindən şübhələnirlər.
Ay Tac















