• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paytaxtda partlayış oldu - Ölənlər və yaralılar var

DÜNYA

28 Iyul 2023 | 10:19

Paytaxtda partlayış oldu - Ölənlər və yaralılar var

Suriyanın paytaxtı Dəməşq şəhərində motosikletə yerləşdirilən bomba partlayıb. Partlayış nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dəməşq rəhbərliyinin rəsmi xəbər agentliyi olan "SANA" Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Axşam saatlarında Dəməşqin Səyyidə Zeynəb bölgəsində motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı deyilib.

Hadisə yerinə polis və xilasetmə qrupları, həmçinin və təcili yardım maşınları göndərilib. Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026