• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Əsas əks-hücum hələ qarşıdadır - Reznikov

DÜNYA

28 Iyun 2023 | 11:52 | Müəllif: Subhan Mahmudov

Əsas əks-hücum hələ qarşıdadır - Reznikov

Ukrayna Silahlı Qüvvələrinin əsas əks-hücumu hələ qarşıdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, Ukrayna hələ əsas ehtiyat qüvvələrini hərəkətə gətirməyib:

“Qərbdə hazırlıq görmüş, NATO-nun müasir tank və zirehli texnikaları ilə silahlandırılmış briqadaların əksəriyyəti döyüşə girməyib və lazımi vaxtı gözləyir”.

Reznikov bildirib ki, son həftələrdə bir sıra yaşayış məntəqələrinin azad edilməsi planlaşdırılanların yalnız bir hissəsidir:

“Qoşunlara zərər verməmək üçün bəzi uğurlar hələ bildirilmir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR