• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu il 800-ə yaxın miqrant Tunis sahillərində boğulub

DÜNYA

28 Iyul 2023 | 00:53 | Müəllif: Subhan Mahmudov

Bu il 800-ə yaxın miqrant Tunis sahillərində boğulub

Bu ilin ilk yarısında Avropaya getməyə çalışan 800-ə yaxın qeyri-qanuni miqrant Tunis sahillərində boğulub.

Bakıvaxtı.az bildirir ki, bu barədə Tunis Milli Jandarmının sözçüsü Houcem Eddine Jebabli AFP-yə bildirib.

"Dənizdən 789 miqrantın cəsədi çıxarılıb, onlardan 102-si tunisli, digərləri əcnəbilər və şəxsiyyəti məlum olmayan şəxslərdir", - o deyib.

Tunis rəsmisinin sözlərinə görə, 34 mindən çox insan xilas edilib.

Qeyd edək ki, Şimali Afrika ölkəsi olan Tunis tez-tez qayıqlarda təhlükəli dəniz səyahətinə cəhd edən qeyri-qanuni miqrantlar və sığınacaq axtaranlar üçün əsas qapıya çevrilib. Tunislə İtaliyanın Lampeduza adası arasındakı məsafə təxminən 130 kilometrdir./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026