• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Baş nazir oğlunu istefaya göndərdi

DÜNYA

29 May 2023 | 17:49

Baş nazir oğlunu istefaya göndərdi

Yaponiyanın Baş naziri Fumio Kisida oğlu Setaro Kisidanı öz katibi vəzifəsindən istefaya göndərib. 

Bakıvaxtı.az “The Japan Times”a istinadən xəbər verir ki, buna səbəb Setaro Kisidanın atasının iqamətgahında keçirdiyi şənlikdən fotoların mediada yayımlanması olub. 

Məlumata görə, ötən həftə Setaro və qohumlarının iqamətgahın simvolik vacib yerlərində çəkilən fotoları yayılıb. Sözügedən yerlərdə adətən Nazirlər Kabineti üzvlərinin rəsmi foto çəkilişi həyata keçirilir. 

Kisida oğlunun davranışının siyasi katibə uyğun olmadığını bildirərək onu vəzifəsindən azad edib.


SON XƏBƏRLƏR

05 Iyul 2025