• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

DÜNYA

30 Mart 2023 | 22:57 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 3 saat davam edən iclasda müzakirə edilən məsələlər açıqlanıb.

Bildirilib ki, 6 fevralda baş verən zəlzələlərdən zərər çəkmiş əyalətlərdə həyatın normallaşdırılması məsələsi diqqət mərkəzində olub.

Müzakirələrdə Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət münasibətlərin qorunub saxlanılmasında qərarlılıq, terror əməliyyatlarının davam etdirilməsi əzmi və mayın 14-də keçiriləcək seçkilərin təhlükəsizliyi məsələsi də yer alıb.

Həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dəniz təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin davam etdirilməsi qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026