İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə 2024-cü ildə keçirilmiş tədbirlər zamanı miqrasiya kanalları müəyyən olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.
Qeyd edilib ki, insan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.
Mina Mikayılova