• Bakı 22° C

    13.82 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

“Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

CƏMİYYƏT

14 Iyun 2025 | 17:35

“Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

İyunun 13-də Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. 

Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.

Konfransı açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov  kitabxananın 1995-ci ildə yaradılan bu zalına 30 il öncə ilk dəfə Ulu öndər Heydər Əliyevin gəldiyini bildirib. O, dahi siyasətçinin kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyi kimi səciyyələndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış edib. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ulu öndər Heydər Əliyevin mədəniyyətə xüsusi yanaşması olduğunu söyləyib. Deyib ki, ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli lider zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə Azərbaycanı qısa müddətdə çətinlikdən qurtarıb, davamlı inkişaf yoluna çıxarıb. 

Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin çıxışları dinlənilib.


SON XƏBƏRLƏR

14 Iyun 2025