• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

4 yaşlı uşağı öldürüb quyuya atan şəxsin cəzası bəlli oldu

CƏMİYYƏT

09 Sentyabr 2024 | 19:50

4 yaşlı uşağı öldürüb quyuya atan şəxsin cəzası bəlli oldu

Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Mehman Mansurovla bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az bildirir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2022-ci il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M.Hüseynlinin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./apa


SON XƏBƏRLƏR

16 Sentyabr 2024