• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"5 aydır köhnəlmiş çörək yeyirik" - "Hatayspor"un futbolçusu

İDMAN

06 May 2024 | 12:00

5 aydır köhnəlmiş çörək yeyirik - Hataysporun futbolçusu

5 aydır köhnəlmiş çörək yeyirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyənin "Hatayspor" klubunun futbolçusu Erce Kardeşler söyləyib.

Futbolçu komandanın çox acınacaqlı durumda olduğunu deyib: "Köhnəlmiş çörək yeyərək, məşqlərdən sonra duş almadan evimizə gedirik. Saat yarımlıq yolu demirəm hələ. Çox üzülürəm, tək istədiyim "Hatayspor"un liqada qalmasıdır. Mən Hatay xalqı üçün buradayam. Dəfələrlə klubu tərk etmək istəsəm də, ürəyim buna imkan verməyib. Bəlkə bu sözlərimdən sonra kluba sahib çıxarlar".

O, baş məşqçi Volkan Dəmirəlin komandanı tərk etməsinə də toxunub: "Baş məşqçi də bu üzdən getdi. Məşqçilik etmədi, çünki məşqçilikdən başqa hər şey etdi. Yeri gələndə ata, böyük qardaş oldu. İndi meydana çıxa biliriksə, bu, Volkan Dəmirəlin sayəsindədir. Məşqçiliyi məni mraqlandırmaz, amma nə vaxt böyük qardaş kimi çətinə düşərsə, düşünmədən qaçaraq ona kömək üçün gedərəm. Çünki o bizə eynisini etdi. İnşallah, insanlar "Hatayspor"a sahib çıxarlar".

Qeyd edək ki, Renat Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib.


SON XƏBƏRLƏR

18 May 2024